İnsanlara hürriyət, millətlərə istiqlal!

Celal Şengörlə bağlı ŞOK İTTİHAM - 2 ilə qədər HƏBS GÖZLƏYİR

Türkiyənin tanınmış yer elmləri üzrə mütəxəssisi Prof. Dr. Celal Şengörün sosial mediada yayımlanan bir videodakı açıqlamaları ölkədə rezonans doğurub.

Musavat.com “Haberler.com” saytına istinadən xəbər verir ki, Şengör videoda “Mən Türk xalqı qədər cahil bir toplum tanımadım” və “Türkiyə sivilizasiyadan uzaq bir ölkədir” kimi ifadələr işlədib.

Məsələ ilə bağlı Beykoz Prokurorluğu araşdırmalara başlayıb. Hazırlanan ittiham aktında Şengörün sözlərinin Türk millətini alçaldan və təhqir edən xarakter daşıdığı bildirilib.

İstintaq çərçivəsində professorun fikirlərinin cəmiyyətdə ciddi narazılıq yaratdığı vurğulanıb. Prokurorluq “Türk millətini alçaltmaq” ittihamı ilə Şengörün 2 ilə qədər azadlıqdan məhrum edilməsini tələb edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 May 2025

17 May 2025

BÜTÜN XƏBƏRLƏR