İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin İrandan neft idxalını 50 faizə yaxın artırıb – ABŞ sanksiyaları işləmir...

Bu ilin yanvar-aprel aylarında Rusiyadan Çinə neft ixracının həcmi illik müqayisədə 14,2 faiz azaldaraq 32,38 milyon ton təşkil edib.

Musavat.com xəbər verir ki, məlumat Çin Baş Gömrük İdarəsinin (GAC) hesabatında yer alıb.

İdarənin elektron sistemindəki yenilənmiş məlumatlara görə, dörd ay ərzində Çin tərəfindən alınan Rusiya neftinin dəyəri 2024-cü ilin eyni dövrü ilə müqayisədə 23,9 faiz azalaraq 17,08 milyard dollar təşkil edib. Buna baxmayaraq, Rusiya Çinə neft ixrac edən onlarla ölkə arasında birinci yeri tutmaqda davam edir.

Rusiyadan sonra bu siyahıda yanvar-aprel aylarında Çinə 26,29 milyon ton neft ixrac edən Malayziya gəlir (artım 48,3 faiz). O, Səudiyyə Ərəbistanını üçüncü yerə (25,63 milyon ton, təxminən 1,9 faiz azalma) sürüşdürüb, ardınca isə İraq (22,25 milyon ton), Braziliya (11,34 milyon ton) və Omanı (11,3 milyon ton) gəlir. Qeyd edək ki, Malaziya İran neftinin Çinə çatdırılmasında açar ölkələrdən biridir. İrandan gizli yolla bu ölkə limanlarına çatdırılan neft oradan Malaziya məhsulu kimi Çinə yönləndirilir. Maraqlıdır ki, ABŞ son iki ayda İran neftinin ixracına qarşı sanksiyaları son dərəcə sərtləşdirib.

Yanvar-aprel aylarında Rusiyadan Çinə maye qaz (LNG) ixracının həcmi də illik müqayisədə 27,2 faiz azalaraq təxminən 1,75 milyon ton təşkil edib. İxracın dəyəri 28,1 faiz azalaraq 1,04 milyard dollara düşüb. Bu göstəricilərlə Rusiya Çinə LNG tədarükçüləri arasında dördüncü yerdədir.

Siyahıya Qətər başçılıq edir. Həmin dövrdə o, Çinə 6,69 milyon ton LNG ixrac edib ki, bu da təxminən 2024-cü ilin ilk dörd ayı ilə eynidir. İkinci yerdə Avstraliyadır (təxminən 24 faiz azalaraq 6,38 milyon ton), sonrakı yerdə Malayziya (2,22 milyon ton, 25,1 faiz azalma) gəlir. ABŞ 7-ci yerdədir (259,9 min ton, azalma 76 faiz): mart və aprel aylarında qarşılıqlı tarif artımlarından sonra bu enerji resursunun Amerika tərəfdən Çinə tədarükü qeydə alınmayıb. ABŞ İndoneziya (1,45 milyon ton) və Papua Yeni Qvineyadan (560,66 min ton) geri qalır.

Çin dörd ayda Rusiyadan idxal etdiyi boru qazının həcmini illik müqayisədə 31,6 faiz artaraq 3,32 milyard dollara çatdırıb. İkinci yerdə gələn Türkmənistandan idxal 14,3 faiz azalaraq 2,78 milyard dollara düşüb. Ondan sonra Myanma (537,37 milyon dollar), Qazaxıstan (261,18 milyon dollar) və Özbəkistan (143,07 milyon dollar) gəlir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 May 2025

BÜTÜN XƏBƏRLƏR