İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin səfirliyi Ağ Evlə London arasında ciddi gərginlik yaradıb

Ağ Ev Londona Böyük Britaniyanın Çinə London-City yaxınlığında səfirlik açmasına icazə verə biləcəyindən narahatlığını bildirib.

Musavat.com xəbər verir ki, məlumatı “The Times” mənbələrə istinadən yayıb.

Qəzet yazır ki, söhbət Çin səfirliyinin mühüm məlumat mərkəzlərinin yerləşdiyi Siti yaxınlığındakı tarixi Royal Mint binasına köçürülməsindən gedir. Amerika rəsmiləri vurğulayırlar ki, bu, Çin tərəfinə həm Böyük Britaniya, həm də onun müttəfiqləri üçün milli təhlükəsizliyə təhlükə yarada biləcək ərazidə yeraltı salınmış kritik kommunikasiya infrastrukturuna çıxış əldə etməyə imkan verəcək.

“Birləşmiş Ştatlar ən yaxın müttəfiqlərimizdən birinin Çinə konfidensial məlumatlarına çıxış imkanı verməkdən dərin narahatdır”, - ABŞ rəsmisi qəzetə deyib.

“The Times” yazır ki, Çin səfirliyinin köçürülməsi məsələsi İngiltərə və ABŞ arasında Britaniya poladına yeni tariflərin ləğvi üçün çox vacib olan ticarət danışıqlarına mane olur. Ağ Ev sözçüsü bildirib ki, bu kimi məsələlərlə bağlı qərarlar ölkələrin təhlükəsizliyini nəzərə almalı və kəşfiyyat orqanları ilə məsləhətləşdikdən sonra qəbul edilməlidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR