Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın nüfuzlu CNN telekanalı bildirib ki, İrana qarşı hərbi əməliyyatlar bir neçə günlə yekunlaşmayacaq və həftələrlə davam edə bilər.
Musavat.com xəbər verir ki, nəşr bu məlumatı Pentaqona yaxın mənbələrə istinadən yayımlayıb.
Məlumata görə, İran şəhərlərinə edilən zərbələr Ağ Evin dolayı razılığı ilə həyata keçirilir. Bu isə ABŞ-ın rəsmi olaraq münaqişəyə qoşulmasa da, hücumlara göz yumması anlamına gəlir.
CNN-in analitikləri qeyd edirlər ki, əməliyyatların miqyası və davamlılığı regionda vəziyyəti daha da gərginləşdirə və genişmiqyaslı münaqişəyə yol aça bilər.
Musavat.com
15 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ