Onlayn ictimai-siyasi qəzet
Argentina prezidenti Xavyer Miley ölkənin Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxması barədə göstəriş verib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Argentina hökumətinin rəsmi nümayəndəsi Manuel Adorni məlumat açıqlayıb.
Adorni mətbuat konfransında deyib ki, Argentina prezidenti Xavyer Miley ölkənin Ümumdünya Səhiyyə Təşkilatından çıxması ilə bağlı xarici işlər naziri Gerardo Verteynə göstəriş verib. Bu addımın səbəbləri arasında o, ilk növbədə "COVID-19 pandemiyası zamanı səhiyyə siyasətləri ilə bağlı dərin fikir ayrılıqlarını" qeyd edib.
Xatırladaq ki, bir həftə öncə ABŞ prezidenti Donald Trampın qərarı ilə ölkəsi ÜST-dən çıxıb.
Musavat.com
12 Oktyabr 2025
01:50 Taliban ABŞ-dan qalan 7,1 milyard dollarlıq hərbi texnikanı ələ keçirib - ŞOK SİYAHI AÇIQLANDI
11 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ