İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Bütün dünyanı belə aldatdılar - Fordo əməliyyatının ŞOK DETALLARI

ABŞ Fordo nüvə obyektinə zərbə endirən əməliyyatı uğurla həyata keçirib. Gecə yarısı bombalar dağın altındakı nəhəng obyekti vurub. Bu hücumu mümkün edən təkcə döyüş təyyarələri yox, həm də ABŞ Prezidenti Donald Trampın açıqlamaları olub.

Bəs Tramp İrana hücum edərkən dünyanı necə aldadıb?

Musavat.com xarici mediaya istinadən xatırladır ki, Ağ Evin sözçüsü Karoline Leavitt cümə axşamı mətbuat konfransında prezidentin mesajını təbəssümlə oxuyub.

Mesajda İran və İsrail arasında gedən Yaxın Şərqdəki müharibədə diplomatik həll yolu axtarıldığı və ABŞ-nin müharibəyə getmək istəmədiyi vurğulanıb.

Prezident Trampın bəyanatına görə, İrana hərbi hücum qərarının verilməsi üçün iki həftəlik müddət ayrılıb. Leavitt təkrar edib ki, “Prezident Tramp müharibənin diplomatik yolla həllini axtarır”.

6857db8c384d5523b44eb58f.jpg (69 KB)

Lakin Leavittin açıqlamalarının pərdəarxasında artıq hazırlıqlara başlanmışdı.

Cəmi 30 saatdan sonra Tramp tələsik helikopterə minib və malikanəsinə gedib. Müdafiə naziri Heqset prezidentə zəng edib. Tramp yol ayrıcına gəlib çatmışdı: Ya günlərlə mövcud olan planları ləğv edəcək, ya da düyməni basacaqdı. Lakin Trampın İsrailin baş naziri Netanyahunun dediklərinə şübhəsi yox idi. İranın nüvə bombası əldə etməsi qəbuledilməz idi. Beləliklə, Tramp İranın nüvə obyektlərinin bombalanması əmrini verib.

ABŞ-ın istifadə edəcəyi "kabus" B-2 təyyarələri dərhal havaya qalxıb. Bununla da Tramp nəinki əməliyyat keçirib, həm də son illərin ən böyük siyasi hiylələrindən birini edib.

B-2 gizli bombardmançı təyyarələrinin İrana uzaq məsafədən hücumu üçün Missuridən havaya qalxmağa hazır olduğu da məlum idi. Ancaq bu təyyarələrin çoxu istifadə edilmədi, çünki bu da hiylə idi. Bir qrup B-2 təyyarəsi görünən şəkildə Sakit okeana doğru uçarkən, hücumu həyata keçirəcək 7 təyyarə sakitcə İrana doğru yönəlib.

Bu taktika kiçik hücum donanmasına böyük uğur gətirib. İran böyük bir hücum gözlədiyi bir vaxtda İsrail qüvvələri hava hücumundan müdafiə sistemlərini artıq məhv edib ABŞ-nin yolunu açmışdı.

Bombalar gecənin yarısında qəflətən düşməyə başlayıb. İran mənbələri yerin zəlzələ kimi titrədiyini yazıb.

iran-fordo-plant.jpg (248 KB)

Onu da qeyd edək ki, müharibə əleyhdarları və Trampa yaxın bəzi şərhçilər ABŞ-nin müharibədə birbaşa iştirakından yarana biləcək mümkün əks reaksiya ilə bağlı narahatlıqlarını dilə gətirirlər. Trampın sosial şəbəkələrdəki sərt mesajları Pentaqonun və Mərkəzi Komandanlığın narahatlığına səbəb olub. Əməliyyat planına qəsdən çaşdıran elementlər əlavə edilib.

Eyni zamanda sualtı qayıqlardan 30 ədəd “Tomaqavk” raketi buraxılıb. Təyyarələr Fordo və Natanz üzərində olarkən cəbhədən daxil olan döyüş təyyarələri İranın hava hücumundan müdafiə sistemlərini sıxışdırıblar.

İranda yerli vaxtla bazar günü səhər saat 02:10-da Fordoya ilk GBU-57 bombaları atılıb. Əməliyyat zamanı ümumilikdə 14 bunkerdeşici bomba istifadə edilib.

Tramp hücumdan dərhal sonra verdiyi açıqlamada İranın nüvə potensialının “tamamilə məhv edildiyini” iddia edib. Lakin Pentaqon rəsmiləri daha ehtiyatlı davranıblar. Dağıdılan obyektlərə ciddi ziyan dəysə də, tam dağılmadığını qeyd ediblər.

ABŞ-nin İranın zənginləşdirilmiş uran ehtiyatlarının vəziyyəti ilə bağlı dəqiq məlumata malik olmadığı vurğulanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR