Onlayn ictimai-siyasi qəzet
Qətər Xarici İşlər Nazirliyi İranın Dohadakı səfiri Əli Saleh Abadini ABŞ-ın "Əl-Udeyd" aviabazasına dünənki raket hücumuna görə çağırıb və ona etiraz edib.
Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə Qətər XİN-in yaydığı bəyanatda qeyd olunub.
Bəyanatda bildirilir ki, Qətər Xarici İşlər Nazirliyi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Əl-Udeyd" bazasına endirdiyi zərbəni Dohanın qəti şəkildə pislədiyini təsdiqləyib və Qətər hakimiyyətinin beynəlxalq hüquqa uyğun şəkildə bu hücuma cavab vermək hüququnu özündə saxladığını vurğulayıb.
Musavat.com
24 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ