İnsanlara hürriyət, millətlərə istiqlal!

"Dörd qadınla evlənmək əxlaqsızlıqdır"

"Dörd qadınla evlənmək icazəsi barədə qərarı çıxaran Rusiya Müsəlmanları Ruhani İdarəsi qələt edib. Dörd qadınla evlənməyə pis baxıram, əxlaqsızlıq kimi dəyərləndirirəm. Bilmirəm, bu qərarı kim verib. Kim veribsə, səhv edib".

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.

"O vaxt bu qanunu çıxarında ölkədə müharibə gedirdi, qadınlar başsız qalmışdılar. Buna görə dörd qadınla evlənməyə icazə vermişdilər. Həmin vaxtdan 1400 il keçib. Əxlaqsızlıqdır, vəssalam!"

Xatırlatma: Rusiya Müsəlmanları Ruhani İdarəsi müsəlmanlara eyni vaxtda dördə qədər qadınla nikah bağlamağa icazə verən fətva verib. Bu qərar Azərbaycanda da müzakirə yaradıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR