Onlayn ictimai-siyasi qəzet
ABŞ Senatında respublikaçıların təqdim etdiyi cari maliyyə ili üçün (2024-cü il oktyabrın 1-dən başlayaraq) büdcə qanunu dövlət borcunun yuxarı həddinin 5 trilyon dollar artırılmasını nəzərdə tutur.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, əvvəlcə Nümayəndələr Palatası büdcə layihəsində borcun tavanının 4 trilyon dollar artırılmasını təklif etmişdi.
Sənəddə deyilir: “Senatın Maliyyə Komitəsi 2025-ci il mayın 16-dan gec olmayaraq, qanunla müəyyən edilmiş borc həddini 5 trilyon dollardan çox artıra bilməyən qanunlara öz yurisdiksiyası daxilində düzəlişlər barədə Senata hesabat verməlidir”.
Hazırda ABŞ-ın borc tavanı 36,1 trilyon dollardır. O, ABŞ federal hökumətinin fəaliyyətini maliyyələşdirmək üçün Maliyyə Nazirliyinin borc ala biləcəyi pul məbləğini əks etdirir.
Yanvarın 20-də ABŞ prezidenti Donald Trampın andiçmə mərasimindən dərhal sonra ölkə hakimiyyəti dövlət büdcəsinin xərclərinin geniş miqyaslı auditinə başlayıb. DOGE rəhbəri İlon Mask Vaşinqtonun hökumət xərclərini 2 trilyon dollar azaltmağı gözlədiyini bildirib. Tramp seçkiqabağı vədlərində qısa müddətdə dövlət borcunu kəskin azaldacağını vəd edib. Lakin indi borc tavanının kəskin artırılmasını istəyir...
Musavat.com
14 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ