İnsanlara hürriyət, millətlərə istiqlal!

Ehtiyatda olan on minlərlə hərbçi orduya ÇAĞIRILDI

İsrail Müdafiə Ordusu Qəzza zolağında döyüş əməliyyatlarının mümkün genişlənməsi fonunda on minlərlə ehtiyatda olan hərbçinin orduya çağırıldığını açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı İsrail mediası yayıb. Bildirilir ki, çağırılan bir çox ehtiyat briqadaları müharibənin başlanmasından bəri artıq beşinci və ya altıncı dəfədir ki, səfərbər olunur. Onların bir hissəsi İsrailin digər regionlarına – xüsusilə də şimal sərhədinə və İordan çayının qərb sahilinə göndəriləcək. Bu, həmin ərazilərdə yerləşən daimi hərbi hissələrin Qəzza zolağında gözlənilən yeni hücum əməliyyatında iştirakı üçün edilir.

Qeyd olunur ki, bölgədə vəziyyətin yenidən gərginləşməsi səbəbindən İsrail genişmiqyaslı hərbi hazırlıq mərhələsinə keçib.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 May 2025

BÜTÜN XƏBƏRLƏR