İnsanlara hürriyət, millətlərə istiqlal!

Ekspertdən XƏBƏRDARLIQ: Krım körpüsü TƏHLÜKƏDƏ - Hər an uça bilər

Hidrogeoloq Yuriy Medovar xəbərdarlıq edir ki, Krım körpüsünün möhkəmliyi hələ də qeyri-müəyyəndir. O bildirir ki, körpü çox mühüm nəqliyyat arteriyası olmaqla yanaşı, mürəkkəb texniki vəziyyətə malikdir və gələcəyi bir neçə amildən asılıdır. Qarşıdakı beş ildə xarici amillərin təsiri xüsusilə önəmli olacaq. Bu amillər arasında körpünün dayaqlarının yaxınlığında yerləşən palçıq vulkanının fəallığı xüsusi yer tutur. Əgər vulkan fəallaşsa, körpünün dağılması qaçılmaz ola bilər.

Musavat.com xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

Medovarın sözlərinə görə, körpünün möhkəmliyi həmçinin yeni zərbələrin olub-olmamasından asılıdır. Palçıq vulkanının fəaliyyəti isə ən ciddi təhlükə mənbəyidir. O vurğulayıb ki, neft quyusu qazarkən vulkan zonasına təsadüfən rast gəliblər və onun nə qədər güclü olduğunu müşahidə ediblər.

Xatırladaq ki, iyunun 3-də səhər saatlarında Ukraynanın Təhlükəsizlik Xidməti (UTX) üçüncü dəfə Krım körpüsünə zərbə endirib. Körpünün sualtı dayaqları partladılıb və 1100 kq TNT ekvivalentində partlayıcı maddə istifadə olunub. Nəticədə körpü artıq qəza vəziyyətindədir.

Eyni zamanda, hərbi ekspert İvan Stupak bildirir ki, UTX partlayıcıları gizli şəkildə körpüyə çatdırıb və əvvəlki zərbələrlə rusların radar sistemlərini sıradan çıxarıb. Bu, Ukrayna pilotsuz aparatları və katerlərinin sahilə maneəsiz yaxınlaşmasını təmin edib.

Hərbi müşahidəçi Denis Popoviç isə Krım körpüsünün hücumdan sonra niyə işlək qaldığını şərh edib. O qeyd edib ki, əməliyyatın təsiri zamanla üzə çıxa bilər və bəlkə də ruslar ciddi ziyanları hələ gizlədirlər. Popoviç xatırladıb ki, kritik ziyanlar olsaydı, körpüdə hərəkət dərhal dayandırılardı. Onun sözlərinə görə, UTX-nin əlində gizli kartlar var və müharibə hələ bitməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR