İnsanlara hürriyət, millətlərə istiqlal!

Elçin Əmirbəyov İrlandiya rəsmiləri ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İrlandiyaya işgüzar səfəri çərçivəsində İrlandiya rəsmiləri ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib.

Report xəbər verir ki, bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov "X"də yazıb.

"Səfər zamanı aparılan konstruktiv müzakirələr Azərbaycan-İrlandiya və Azərbaycan-Aİ münasibətlərinə, həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesinə və digər məsələlərə həsr olunub",- deyə diplomat qeyd edib.

Məlumata görə, E.Əmirbəyovun İrlandiya səfəri artıq başa çatıb.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR