İnsanlara hürriyət, millətlərə istiqlal!

Elşad Hacıyev Bakıdakı partlayışla bağlı paylaşım etdi

Musavat.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev Bakının Yasamal rayonunda baş verən partlayış və yanğın hadisəsi ilə bağlı ictimaiyyətə açıqlama verib.

O bildirib ki, paytaxtın Yasamal rayonunda yerləşən Cəfər Cabbarlı adına kinostudiyanın pirotexniki vasitələr saxlanılan anbarında partlayışla əlaqədar olaraq polis əməkdaşları dərhal əraziyə cəlb olunub. Hal-hazırda təhlükəsizlik tədbirləri həyata keçirilir.

Elşad Hacıyevin sözlərinə görə, ilkin məlumatlara əsasən, hadisə nəticəsində vətəndaşlar arasında xəsarət alan olmayıb. Ərazi tam nəzarətə götürülüb, xidmət təşkil olunub. Həmçinin, yanğının söndürülməsi istiqamətində aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər davam etdirilir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2025

26 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR