İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan: İndiyədək Türkiyədə zəlzələdən zərər çəkmiş bölgələrə 2 trilyon lirə investisiya qoyulub

İndiyədək Türkiyədə zəlzələdən zərər çəkmiş bölgələrə 2 trilyon lirə investisiya qoyulub.

Report”un Türkiyəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda Azərbaycan məhəlləsinin açılış mərasimində deyib.

Türkiyə lideri zəlzələ baş vermiş bölgələrdə həyata keçirilmiş quruculuq işlərinə dair əsas statistikanı da açıqlayıb:

“Əsrin fəlakətindən sonra bərpa olunan və sakinlərinə təhvil verilən mənzillərin sayı hər gün artır. Təslim etdiyimiz mənzillərin sayı sentyabrda 100, oktyabrda 130, yanvarda 201 minə çatdırılıb. Bu gün isə o rəqəm 250 minə yüksəlib.

Hatayda 21 min 114, Malatyada 8 min 64, Adıyamanda 3 min 554, Qaziantepdə 675, Adanada 490, Şanlıurfada 1 263, Sivasda 85, Kayseridə 49 mənzil inşa edilib. Kahramanmaraşda isə 3 min 567 mənzil, 744 iş yeri təsis olunub. 2025-ci ilin sonuna kimi ümumilikdə 453 min sərbəst bölümün (mənzil, ofis, mağaza və s. obyektlər) inşası nəzərdə tutulur".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR