Onlayn ictimai-siyasi qəzet
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Baş naziri Məhəmməd Şia Sudani ilə PKK terror təşkilatının tərksilah olunması məsələsini müzakirə edib.
Rəsmi açıqlamaya görə, telefon danışığı zamanı Türkiyə və İraq arasında ikitərəfli münasibətlər, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.
Prezident Ərdoğan bildirib ki, “Terrorçusuz Türkiyə” prosesi həssaslıqla həyata keçirilir, Ankara bölgədə terrorizmdən birdəfəlik xilas olmaq niyyətindədir və bu istiqamətdə qətiyyətli addımlar atmağa davam edəcək.
Dövlət başçısı əlavə edib ki, bu prosesi pozmağa çalışan qüvvələrə qarşı da ayıq və sərt mübarizə aparılacaq.
Musavat.com
13 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ