Onlayn ictimai-siyasi qəzet
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 16 may (cümə axşamı) üçün nəzərdə tutulan iş qrafikində Rusiya və Ukrayna nümayəndə heyətləri ilə görüş planlaşdırılmayıb.
Musavat.com xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası rəsmi açıqlama yayıb.
Verilən məlumata görə, Ərdoğan həmin gün Ankarada olacaq və orada Ukrayna Prezidenti Volodimir Zelenski ilə ayrıca görüş keçirəcək. Rusiya nümayəndə heyəti ilə hər hansı bir birbaşa görüşün baş tutmayacağı artıq rəsmən təsdiqlənib.
Xatırladaq ki, hazırda İstanbulda Rusiya və Ukrayna nümayəndələri arasında danışıqların yeni raundu keçirilir. Gözləntilər ondan ibarət idi ki, bu danışıqlara vasitəçi rolunda çıxış edən Türkiyə Prezidenti hər iki tərəflə ayrıca və ya birgə görüşlər keçirəcək. Lakin yayılan rəsmi proqram bu ehtimalları aradan qaldırıb.
Ərdoğanın yalnız Zelenski ilə təkbətək görüş keçirməsi qərarı diplomatik müstəvidə də xüsusi diqqətə səbəb olub.
Musavat.com
15 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ