Onlayn ictimai-siyasi qəzet
Ermənistan parlamentinin deputatı, baş nazir Nikol Paşinyanın partiyasından kənarlaşdırılmış Ovik Ağaazaryan Rusiya rəhbərliyinə müraciətlə diqqətçəkən açıqlama verib.
Musavat.com xəbər verir ki, parlament tribunasından çıxış edən deputat Moskvanı Ermənistan tərəfindən mümkün təxribatlara qarşı ehtiyatlı olmağa çağırıb.
“Rusiyaya müraciət edirəm: xahiş edirəm, bizim təxribatlara uymayın və bu cür hallara reaksiya verməyin,” – deyə Ağaazaryan bəyan edib.
Deputatın bu çıxışı Ermənistan-Rusiya münasibətlərində son dövrlərdə yaşanan gərginlik fonunda səsləndirilib. O, rəsmi İrəvanın bəzi addımlarının Rusiya ilə münasibətləri daha da pisləşdirə biləcəyinə işarə edib və bu prosesə aldanmamağı Moskvanın diqqətinə çatdırıb.
Ovik Ağaazaryan əvvəllər hakim “Vətəndaş Müqaviləsi” partiyasının üzvü olub, lakin siyasi fikir ayrılıqları səbəbilə partiyadan uzaqlaşdırılıb.
Musavat.com
03 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ