Onlayn ictimai-siyasi qəzet
APRI Ermənistanın elmi əməkdaşı Sergey Melkonyan İsrailin baş naziri Binyamin Netanyahu’nun qondarma “erməni soyqırımı” barədə səsləndirdiyi fikirləri şərh edib.
Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Melkonyan bildirib ki, Netanyahu’nun bəyanatı İsrail dövlətinin rəsmi mövqeyi kimi qəbul edilə bilməz:
“Bu, daha çox şəxsi siyasi bəyanatdır, çünki dövlət səviyyəsində bunun tanınması üçün xüsusi hüquqi prosedur mövcuddur. Netanyahu da həmin prosedurları yaxşı bilir və məhz buna görə indiyədək bu məsələ Knessetdə qəbul olunmayıb”, – deyə o vurğulayıb.
Ekspertin sözlərinə görə, 2018, 2019 və 2021-ci illərdə Knessetdə qondarma “soyqrımı” tanınması ilə bağlı təşəbbüslər olsa da, Netanyahu’nun rəhbərlik etdiyi iqtidar partiyası bu layihələrin qəbuluna imkan verməyib.
Melkonyan əlavə edib ki, Netanyahu növbəti seçkilərdən sonra hakimiyyətdə qalmaya bilər və bu, İsrailin mövqeyinin dəyişdiyi anlamına gəlməyəcək:
“Bu bəyanat sadəcə siyasi alətdir və əsasən İsrail–Türkiyə münasibətlərinin gərginləşdiyi mərhələdə gündəmə gətirilir. Lakin bunun rəsmi status almasına, xüsusilə də İsrail–Azərbaycan əlaqələrini zədələməsinə yol verilmir”.
Musavat.com
14 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ