Onlayn ictimai-siyasi qəzet
Minskdə keçirilən ikigünlük Avrasiya İqtisadi ittifaqının(Aİİ) Minskdə keçirilən sammiti başa çatıb.
Musavat.com Belarus mediasılna istinadən xəbər vereir ki, iclasında Ermənistanın baş naziri Nikol Paşinyan videoformatda qatılıb.
Bəllidir ki, hələ ötən ilin dekabrında Belarus Aİİ-də sədrliyi Ermənistandan alanda Likaşenko ilə Paşinyan arasında mübahisə olmuşdu. Mübahisə Paşinyanın Ermənistan nümayəndə heyətinin Ali Avrasiya İqtisadi Şurasının 2025-ci ilin iyununda Minskdə keçiriləcək növbəti iclasında ya distant iştirak edəcəyini və ya ümumiyyətlə, iştirak etməyəcəyini dedikdən sonra başlamışdı. Lukaşenko bunun səbəbini soruşsa da, Paşinyan qeyri-müəyyən cavab vermiş və incikliyini aşkar nümayiş etdirmişdi. “Problem nədir? Minskdən nə qədər məsafə var? Yoxsa səni mindirən yoxdur? Yaxşı, lazım gələrsə, nümayəndə heyətinizin çatdırılmasını təşkil edəcəyik”, - Lukaşenko ironiyalı şəkildə çıxış yolunu göstərib.
Paşinyan Belarus liderinin Azərbaycanla bağlı tutduğu obyektiv mövqedən incimiş, nə qədər ki, Lukaşenko hakimiyyətdədir bütün Ermənistan məmurlarının Belarusa səfərini qadağa edib.
Minskdə keçirilən plenar iclasında çıxış edən Belarus lideri Paşinyanın iclasa videoformatda qatılmasından sonra gözlənilmədən deyib ki, Ermənistanla bağlı vəziyyətdə bir tərəfi günahlandırmaq olmaz.
Lukaşenko deyib ki, Ermənistan baş nazirinin toplantıda məsafədən iştirak etməsinin “Aİİ-də hər şeyin qaydasında olmadığı” ilə izah edib.
Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə gün əvvəl Praqada keçirilən “Globsec-2025" forumunda deyib ki, Ermənistan eyni vaxtda həm Avropa, həm də Aİİ-də ola bilməz, lakin Aİ standartlarına mümkün qədər cavab vermək üçün demokratik islahatları davam etdirə bilər. Musavat.com xəbər verir ki, Paşinyan Ermənistanın belə qərar qəbul edəcəyini, lakin bunun Ermənistan vətəndaşları tərəfindən, təbii ki, hökumətin və parlamentin rəhbərliyi altında qəbul edilməsinin vacibliyini vurğulayıb.Paşinyan vurğulayıb ki, İrəvanın Brüssellə əməkdaşlığa daha da yaxınlaşsa da, Moskva ilə münasibətləri kəsmək niyyətində deyil.
Xatırladaq ki, Ermənistanın Aİİ-dən nəzəri çıxması ilə bağlı söhbətlər Ermənistan parlamentinin 2025-ci il martın 26-da ikinci və yekun oxunuşda ölkənin Avropa İttifaqına üzv olmaq niyyəti ilə bağlı qanun layihəsini qəbul etdikdən sonra yenidən gündəmə gəlib. Baş nazir Nikol Paşinyan izah edib ki, bu addım Ermənistanın avtomatik olaraq Aİ-yə daxil olması demək deyil, çünki belə bir qərar referenduma çıxarılmalıdır. Daha sonra o bildirib ki, Ermənistan Aİİ-də özünü “yaxşı hiss edir”.
Maraqlıdır ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakı ilə bağlı da əcaib mövqe səsləndirib. 2021 və 2022-ci illərdə Azərbaycanın Ermənistan ərazisinə silahlı hücumları ilə bağlı təşkilatın üzvləri, o cümlədən Rusiya tərəfindən siyasi bəyanat verilməsə, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakı ilə bağlı “yekun qərar” verməyə hazırdır. Musavat.com xəbər verir ki, bu əcaib fikirləri Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan bu gün hökumətin iclasından sonra jurnalistlərin suallarına cavab olaraq deyib.
"Biz artıq KTMT-dən eyhamlarla deyil, açıq mətnlə danışırıq: bu, uzun müddət davam edə bilməz. Əgər bizim tərəfdaşlarımız, o cümlədən Rusiya Federasiyası Ermənistanın suveren ərazisinə hücumlarla bağlı öz mövqelərini bildirməsələr, biz yekun qərarları qəbul edəcəyik", - diplomat vurğulayıb. O vurğulayıb ki, İrəvan “eyham vurmur, birbaşa danışır”. Kostanyan əlavə edib ki, Ermənistan suveren dövlət olduğu üçün “bu və ya digər addımı” özü müəyyən edəcək.
Musavat.com
28 Iyun 2025
27 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ