 
                Onlayn ictimai-siyasi qəzet
 
         
                                                            
Ermənistan Respublikası Müdafiə Nazirliyinin sınaq poliqonlarından birində baş vermiş partlayış nəticəsində yaralananların həyatı üçün təhlükə yoxdur. 
Musavat.com bildirir ki, bu barədə erməni mediasına Nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Zərərçəkənlər xəstəxananın tibb işçilərinin nəzarəti altındadır və onlara lazımi tibbi yardım göstərilir.
Məlumatda deyilir ki, Ermənistan Respublikasının Müdafiə Nazirliyi məlumat vermişdi ki, iyulun 8-də saat 16:00 radələrində Müdafiə Nazirliyinin poliqonlarından birində təlimlər zamanı ilkin məlumatlara görə, minaatanlardan atəş açılan zaman partlayış baş verib, nəticədə bir neçə nəfər yaralanıb.
Musavat.com
01 Noyabr 2025
31 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ