İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda 44 günlük müharibə ilə bağlı hesabat hazırlanır

Ermənistanda 44 günlük müharibənin şərtlərini araşdıran parlament komissiyası xüsusi hesabatını sentyabrın 27-dən sonra plenar iclasın birinci və ya ikinci günü açıqlayacaq.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu parlamentin Müdafiə və təhlükəsizlik komitəsinin sədri, “Vətəndaş sazişi” partiyasından olan deputat Andranik Köçəryan jurnalistlərlə söhbətində bildirib.

“Sentyabrın 27-si şənbə gününə təsadüf etdiyindən və plenar iclas sentyabrın 30-da və ya ondan bir gün sonra işə başlayacağı üçün parlament sədri bu məsələni şuranın müzakirəsinə çıxaracaq və həmin gün nəhayət müəyyənləşəcək.

Sensasiya axtarmayın, problemlərin üzə çıxarılmasına baxın. Hesab edirəm ki, bu, çoxdan gözlənilən sənəddir, çox iş görülüb və bu iş nəticəsiz qalmamalıdır. Məxfilik o qədər yüksəkdir ki, görüşün qapalı keçiriləcəyinə əminəm. Amma hesabatdan hamı məlumat alacaq və hökumətin müvafiq qurumlarından nəticə hasil olunacaq”, - Köçəryan deyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 May 2025

BÜTÜN XƏBƏRLƏR