Onlayn ictimai-siyasi qəzet
“Vətən uğrunda Tavuş” hərəkatının iştirakçıları Ermənistan Ombudsmanının ofisi qarşısında özlərini zəncirləyib.
Musavat.com “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, etirazçıların bəziləri ağızlarını qırmızı lentlə bağlayıblar.
Qeyd edək ki, hərəkatının iştirakçıları dünən Xarici İşlər Nazirliyinin (XİN) binası yaxınlığında saxlanılan tərəfdarlarının azad edilməsi tələbi ilə Ermənistan İstintaq Komitəsinin binası yaxınlığında da oxşar etiraz aksiyası keçiriblər.
@@TVmusavat/87548@@
Musavat.com
06 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ