İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda kilsə-hakimiyyət qarşıdurması dərinləşir: Eçmiədzin yolunda reydlər – keşişlər gizlənir - VİDEO

Ermənistanda kilsə ilə hökumət arasında gərginlik artıq yeni, təhlükəli fazaya keçib.

Musavat.com xəbər verir ki, ölkədə uzun müddətdir davam edən siyasi və dini qarşıdurma fonunda bu gün İrəvan–Eçmiədzin magistral yolunda hərəkət edən avtomobillərə qarşı kəskin yoxlamalar başladılıb. Bu barədə məlumatı “Sputnik Armenia” yayıb.

Sosial şəbəkələrdə paylaşılan görüntülərdə polisin yolboyu reydlər keçirdiyi və Eçmiədzinə doğru hərəkət edən avtomobilləri dayandıraraq yoxlamalar apardığı aydın görünür. Bu addımların arxasında isə daha ciddi bir səbəb dayanır – erməni kilsəsi ilə Paşinyan hökuməti arasında böyüyən qarşıdurma.

Məlumata görə, hazırda Ermənistanın dini elitası – xüsusilə də Eçmiədzinə bağlı yüksək rütbəli keşişlər hökumətin basqısı ilə üz-üzə qalıblar. Onların bir qismi artıq həbs edilib, digərləri isə saxlanılmaq və istintaqa cəlb olunmaq üzrə axtarılır. Bəzi keşişlərin gizləndiyi və kilsə daxilində gərgin narahatlıq yaşandığı deyilir.

Ekspertlərə görə, Erməni Apostol Kilsəsi bu dəfə sadəcə dini etirazla kifayətlənməyəcək. Kilsə ictimai müqavimət rıçaqlarını işə salmağa başlayıb. Müxtəlif dairələrdə xalqı küçələrə çıxmağa səsləyən çağırışlar, ruhanilərin siyasətə açıq müdaxiləsi, Eçmiədzin mərkəzli müqavimət planlarının hazırlandığı bildirilir.

Artıq bu qarşıdurma təkcə ideoloji deyil, inzibati və hüquqi xarakter daşımağa başlayıb. İstintaq orqanlarının kilsəyə bağlı şəxsləri nəzarətə götürmək cəhdləri, yolların bağlanması və Eçmiədzinə girişin nəzarətə götürülməsi, qarşıdakı günlərdə daha ciddi qarşıdurmaların baş verə biləcəyindən xəbər verir.

Bu isə Ermənistanda dövlət-kilsə münasibətlərinin ən sərt toqquşmalarından birinə çevrilmək üzrədir…

Musavat.com Eçmiədzinin ətrafından və yollardakı yoxlamalardan videolar təqdim edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR