İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda məhkəmə deputatı nazirdən üzr istəməyə məcbur eti

Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyan bildirib ki, o, barəsində açılmış daha bir məhkəmə işini bütün instansiyalarda udub.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, nazir bunu özünün Facebook səhifəsində açıqlayıb:

Onun sözlərinə görə, məhkəmə qərarı ilə Sofiya Ovsopyan sosial şəbəkədə yayımladığı təhqiramiz paylaşıma görə üzr istəməli və bunu rəsmi bəyanat şəklində ictimaiyyətə təqdim etməlidir.

Qeyd edək ki, İrəvan Ümumi Yurisdiksiya Şəhər Məhkəməsinin qərarı ilə deputat Sofiya Ovsopyanın 2023-cü il avqustun 4-də şəxsi səhifəsində dərc etdiyi post təhqiramiz xarakterli sayılıb. Həmin vaxt Arsen Torosyan Ermənistan parlamentinin deputatı olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR