Onlayn ictimai-siyasi qəzet
Rusiyanın milli bayramı – Rusiya Günü münasibətilə Ermənistanın paytaxtı İrəvanda maraqlı və mübahisəli hadisə baş verib.
Musavat.com xəbər verir ki, Fransa meydanında naməlum şəxslər tərəfindən üzərində Rusiya trikoloru, ay və ulduz təsviri olan bayraq asılıb. Bu, sosial şəbəkələrdə və yerli ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.
Ermənistan Daxili İşlər Nazirliyi məsələ ilə bağlı açıqlama yayaraq bildirib ki, bayraq artıq çıxarılıb və hadisə ilə bağlı “inzibati tədbirlər” görülüb.
Hadisəni törədən şəxslərin kimliyi hələlik müəyyənləşdirilməyib.
Rəsmilər məsələni araşdırmağa davam edir.
Görüntüləri təqdim edirik.
Musavat.com
13 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ