Onlayn ictimai-siyasi qəzet
Arabesk musiqisinin tanınmış simalarından olan, Güllü kimi tanınan müğənni Gül Tutun ölümü ilə bağlı suallar bitmək bilmir.
Musavat.com-un xəbərinə görə, mərhum sənətçinin qızı Tuyan Ülkem “Sabah” qəzetinə verdiyi müsahibədə bunları deyib:
“O gecə evdə mən, anam və dostum Sultan idik. Anam 3 şüşə içki içmişdi. Biz nə alkoqol, nə də narkotik maddə qəbul etmişdik. Haqqımızda yazılan bütün iddialar tamamilə əsassızdır”.
Kamera görüntülərində mübahisə doğuran “O nədir?” ifadəsinə də toxunan Ülkem əlavə edib:
“Anam çox gümrah idi, bizimlə gülüb-əylənirdi. O ifadə onun xoş əhval-ruhiyyəsindən xəbər verirdi. Bunu yanlış yozanlar oldu”.
Tuyan Ülkem həmin gecə baş verənləri belə xatırlayıb:
“Birdən-birə yüksək səs eşitdim. Döndüm, anamı görmədim. Bizi ən çoxincidən isə anamızın ölüm acısını belə rahat yaşaya bilməməyimiz oldu. Sosial media linç meydanına çevrildi. Bəzi sənətçilər anamın ən yaxın dostu kimi danışdılar, amma nə başsağlığı verdilər, nə də dəfn mərasiminə gəldilər”.
Qeyd edək ki, 51 yaşlı müğənni Gül Tut sentyabrın 26-da Çınarcıkdakı evinin eyvanından yıxılaraq həyatını itirib.
Musavat.com
12 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ