İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzzada yeni mərhələ - HƏMAS idarəçilikdən İMTİNA EDİR

HƏMAS Qəzzanın idarəçiliyində iştirakdan imtina edir.

Musavat.com xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, HƏMAS münaqişədən sonrakı dövrdə Qəzza zolağının idarə olunmasında iştirak etməyəcək.

“Təşkilat üçün Qəzzaya rəhbərlik məsələsi artıq qapadılıb. HƏMAS keçid mərhələsində də iştirak etməyəcək. Bu, onun sektora nəzarətdən imtina etdiyi, lakin Fələstin strukturunun bir hissəsi olaraq qaldığı anlamına gəlir”, – nəşrə HƏMAS-ın danışıqlar qrupundakı mənbə bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR