Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampla növbəti telefon danışığını həyata keçirdiyini açıqlayıb. Danışıqlarda Ukraynanın gücləndirilməsi, o cümlədən uzaqmənzilli imkanların artırılması mövzusu müzakirə olunub.
Musavat.com xəbər verir ki, bu barədə Zelenski özünün "Telegram" kanalında yazıb.
Onun sözlərinə görə, Trampla iki gün ərzində ikinci görüşünü keçirib və sonuncu söhbət “çox məhsuldar” olub.
“İndicə ABŞ prezidenti Donald Trampla iki gündə ikinci dəfə danışdım və bu gün də çox məhsuldar söhbət oldu”, - deyə Zelenski bildirib.
Prezident həmçinin xatırladıb ki, dünən tərəflər müəyyən mövzular üzrə razılığa gəliblər və bu gün həmin məsələlər daha ətraflı müzakirə olunub.
“Ölkəmizdə həyatı qorumaq, hava hücumundan müdafiə sistemimizi, dayanıqlığımızı və məsafəmizi gücləndirmək. Energetika sahəsində bir çox detal müzakirə olundu. Prezident Tramp baş verən hər şeydən yaxşı xəbərdardır. Danışıqlarımızı davam etdirməyə qərar verdik və komandalar hazırlaşır. Təşəkkürlər!”, – deyə Ukrayna prezidenti vurğulayıb.
Musavat.com
12 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ