İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail Misirdəki "Sülh Sammiti"ndə İŞTİRAK ETMƏYƏCƏK

İsrail Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə Misirin Şarm əl-Şeyx şəhərində keçiriləcək "Sülh Sammiti"ndə iştirak etməyəcək.

Musavat.com xəbər verir ki, bu barədə jurnalistlərə İsrail hökumətinin sözçüsü Şoş Bedrosyan məlumat verib.

“Sammitdə heç bir İsrail nümayəndəsi iştirak etməyəcək”, - o vurğulayıb.

Qeyd edək ki, İran nümayəndələri də oktyabrın 13-də Misirin Şarm əl-Şeyx şəhərində Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə keçiriləcək "Sülh Sammiti"nə qatılmayacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR