Onlayn ictimai-siyasi qəzet
Məşhur türk aktrisası Serenay Sarıkaya bu dəfə qazancı ilə diqqət mərkəzinə düşüb.
Musavat.com xəbər verir ki, Sarıkaya uzun illərdir siması olduğu cins markası ilə yenidən əməkdaşlıq edib və ötən gün yeni kolleksiyanın çəkilişləri üçün kamera qarşısına keçib.
Onun bu dəfə aldığı qonorar isə sosial mediada maraq yaradıb. 2024-cü ildə 25 milyon TL qazanan aktrisanın bu dəfə 32 milyon TL qarşılığında müqavilə imzaladığı iddia olunur.
Serenay Sarıkayanın qaznacını daşınmaz əmlaka sərf etdiyi bildirilir. Belə ki, Kaz dağlarının ətəyində aktrisanın villası, eləcə də İstanbulda bir neçə mənzili olduğu iddia edilir. Bundan əlavə, Serenay qazancını düzgün idarə etmək üçün mütəmadi olaraq iqtisadçılardan məsləhət alır.
Musavat.com
13 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ