İnsanlara hürriyət, millətlərə istiqlal!

Reanimasiyaya yerləşdirilmişdi! 50 yaşlı məşhur aktyor günlər sonra üzə çıxdı - FOTO

Ötən ay reanimasiyada müalicə alan məşhur aktyor Ufuk Özkan günlər sonra sosial media hesabında yeni fotosunu paylaşıb.

Musavat.com xəbər verir ki, aktyor son vaxtlar yaşadığı sağlamlıq problemləri ilə gündəmə gəlmişdi.

Təxminən iki il əvvəl sirroz xəstəliyinə tutulan 50 yaşlı aktyor bir neçə həftə öncə evində halı pisləşdiyi üçün xəstəxanaya yerləşdirilmişdi. Bir neçə gün reanimasiyada həkim nəzarətində saxlanılan Özkan müalicəsini tamamladıqdan sonra evə buraxılıb.

Aktyor səhhəti ilə bağlı açıqlama verib:

“Hal-əhval tutan, maraqlanan hər kəsə təşəkkür edirəm. Sevginizi ürəyimin dərinliklərində hiss etdim. Bir daha gördüm ki, məni nə qədər çox sevən var. Qəbul etdiyim dərmanın yan təsiri nəticəsində bədənimdə ləkələr və güclü mədə bulantısı yaranıb. Risk qrupunda olduğum üçün həkimlər məni müşahidə altında saxlamaq istədilər. İndi vəziyyətim yaxşıdır”.

Ufuk Özkan ötən axşam yenidən tamaşaçılar qarşısına çıxıb. Tamaşadan sonra həmkarları ilə çəkdirdiyi fotonu sosial media hesabında paylaşıb.

UUUUUUUUUU.jpg (93 KB)

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR