Onlayn ictimai-siyasi qəzet
Komitə sədri Fazil Mustafa Milli Məclisin xüsusi iclasında çıxışı zamanı bir sıra maraqlı məqamlara toxunub.
Musavat.com xəbər verir ki, millət vəkili Ümummilli Lider Heydər Əliyevin ölkə və xalq qarşısında xidmətlərindən bəhs edib.
Bildirib ki, biz bu gün 44 günlük savaşdan geri dönəndə bu proseslərin hamısının mənbəyində Heydər Əliyevin atdığı hansısa təməli görə bilirik.
Fazil Mustafa çıxışında etirafa da yer ayırıb:
“Vaxtilə Heydər Əliyevə qarşı müxalifətdə olan insanlar belə bu yeniləşmiş baxışı qəbul etdilər və səmimi şəkildə Azərbaycan dövlətinin o dönəmində həqiqətən onun gördüyü müstəsna işləri dərk etmiş olduq”.
Komitə sədri Heydər Əliyevin uzaqgörən siyasətindən və tarixi qərarlarından bəhs edərkən maraqlı paralellik də aparıb:
“Biz 1994-cü ildə neft siyasəti ilə Azərbaycan cəmiyyətinin, dövlətinin qorunması məsələsini həll etdik. 30 il sonra Zelenski gecikmiş şəkildə ölkənin mümkün sərvətləri ilə müstəqilliyi və təhlükəsizliyi qorumağın yollarını axtarır. Tarixi müqayisə onu göstərir ki, haradasa 30 il gecikmə hansısa dövlətin müstəqilliyini itirməyə qədər gətirib çıxara biləcək prosesləri körükləyir”.
E.Paşasoy,
Musavat.com
08 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ