İnsanlara hürriyət, millətlərə istiqlal!

Fəhlənin faciəvi şəkildə öldüyü şirkət nöqsanları aradan qaldırmadı - CƏRİMƏLƏNDİ

Binəqədi rayonunda fəaliyyət göstərən metal məmulatlarının istehsalı şirkətindəki ölüm hadisəsinə görə aparılan araşdırmanın nəticəsi bilinib. Hadisənin baş verdiyi "Mars-A" MMC şirkəti cərimələnib.

Musavat.com xəbər verir ki, MMC-də çalışan fəhlə Şahbazov Coşqun Fazil oğlu iş zamanı yük kranından başına ağır əşyanın düşməsi nəticəsində həyatını itirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları"na uyğun olaraq araşdırma aparıb.

Araşdırmalar nəticəsində MMC növbəti dəfə bədbəxt hadisələrin baş verməsinin qarşısının alınması ilə bağlı tələbləri yerinə yetirmədiyi üçün inzibati qaydada 2 min manat cərimə edilib.

Qeyd edək ki, "Mars-A" MMC Azərbaycanda metal istehsalı və satışı ilə məşğul olan böyük şirkətlərdən biridir.

Ölüm hadisəsi ilə bağlı da Baş Prokurorluqda araşdırma aparılır.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR