Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi Cəfər Cabbarlı adına kinostudiyanın həyətində baş vermiş yanğınla bağlı yeni məlumat yayıb.
Rəsmi açıqlamaya görə, hadisə yerinə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri yanğının genişlənməsinin qarşısını alıb və alov məhdudlaşdırılıb. Hazırda ərazidə soyutma işləri aparılır.
Qeyd edək ki, yanğının başvermə səbəbləri araşdırılır. Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Musavat.com
27 Iyun 2025
26 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ