Onlayn ictimai-siyasi qəzet
Fransanın Hərbi Kəşfiyyat İdarəsi “Telegram” platformasının yaradıcısı Pavel Durovun Rumıniya seçkilərinə müdaxilə ilə bağlı irəli sürdüyü ittihamları qəti şəkildə təkzib edib.
Musavat.com xəbər verir ki, idarə bu barədə rəsmi bəyanat yayıb. Bildirilib ki, Fransa tərəfi heç bir seçki prosesi ilə əlaqəli hesabların bloklanması üçün sorğu göndərməyib.
“İdarə bu cür hallarda hansısa seçki ilə bağlı hesabların bloklanması üçün müraciət edildiyinə dair ittihamları qətiyyətlə təkzib edir,” – deyə bəyanatda vurğulanıb.
Qurum həmçinin etiraf edib ki, Durovla bir neçə görüş keçirilib. Bu görüşlərin əsas məqsədi “onun şirkətinin və şəxsi olaraq özünün terrorizm və uşaq pornografiyasının qarşısının alınması ilə bağlı məsuliyyətlərini” xatırlatmaq olub. Görüşlərin dəqiq tarixi və iştirakçılar barədə isə məlumat verilməyib.
Musavat.com
19 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ