İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa NATO-nu Çin qapısına gətirir - Makron Pekinin dözüm həddini sınağa çəkir


"Fransa Prezidenti Emmanuel Makronun Rusiyaya təzyiqləri nəticə vermədikdən sonra o strategiyasını dəyişərək Çini hədəf seçib".

Bu barədə Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edir ki, Makron Çin rəhbərliyinə müraciət edərək Pekinin Rusiya ilə Şimali Koreya arasındakı münasibətlərə təsir etməsini istəyib:

"Makron Rusiyanın Şimali Koreya hərbçilərindən yalnız Ukraynada deyil, gələcəkdə Avropa ölkələrindən hər hansı birinə qarşı da istifadəsindən ehtiyat edir.
Aydındır ki, Pekin Makronun istəyini yerinə yetirməyəcək. Çinin Şimali Koreyaya təsir imkanları mövcuddur, ancaq bu təsir koreyalı hərbçilərin Ukrayna istiqamətində istifadə edilməsinin qarşısının alınması üçün istifadə edilməyəcək. Bunu Makron ad anlamamış deyil. Buna görə də Fransa Prezidenti Şimali Atlantika Blokunun Asiya qitəsinə qədər genişlənməsinin mümkünlüyü barədə açıqama verib. Görünür, Makron NATO-nun Çin sərhədlərinə qədər genişlənməsini nəzərdə tutur. Ancaq bu genişlənmə Asiyanın hansı ölkələri hesabına baş verəcək? Görünür, Makron ilk olaraq Cənubi Koreyanı nəzərdə tutub. Seul qonşusu Şimali Koreya təhlükəsindən qorunmaq üçün Makronun təklifinə müsbət yanaşa bilər. Ancaq NATO-nun Asiya qitəsinə genişlənməsi üçün bütün üzv ölkələrin razılığı lazımdır. Belə bir razılıq əldə etmək isə çətindir. Bütün hallarda Makronun yeni təşəbbüsü Çin-Fransa münasibətlərinə mənfi təsir edəcək".

Elxan Şahinoğlunun fikrincə, Makrondan fərqli olaraq ABŞ Prezidenti Donald Tramp Çinin Rusiyaya təsir etməyəcəyi düşüncəsindədir:

"Buna görə də Ağ Ev sahibi Çin lideri Si Cinpinə “Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibəni dayandırmağa təsir edib” kimi xahişlə müraciət etməyib. Çünki, Tramp bilir ki, onsuz da Çinpin onun bu xahişini yerinə yetirməyəcək. Digər tərəfdən Trampı Pekinin Kremlə Rusiyaya dəstəyi deyil, Çinin ABŞ-la ticarətdəki əldə etdiiyi gəlirləri və Tayvan ətrafındakı vəziyyət narahat edir. Ağ Evdən “Bloomberg” agentliyinə ötürülən xəbərlər də bu yöndədir. İyunun 7-də Çinin 30-dan çox hərbi təyyarəsi ada üzərində uçuşlar həyata keçirib. Çinin hərbi gəmiləri də Tayvan ətrafında üzməkdə davam edir".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR