Onlayn ictimai-siyasi qəzet
Fransada II dünya müharibəsindən sonra ilk dəfə olaraq ölənlərin sayı yeni doğulanların sayını ötüb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, demoqrafik azalma gözləniləndən tez baş verib.
Bildirilir ki, 2024-cü ilin mayından 2025-ci ilin mayına qədər Fransada 651 min ölüm və 650 min doğum qeydə alınıb. Beləliklə, ölkə son onilliklərdə ilk dəfə olaraq əhalinin təbii azalması ilə üzləşib.
“Le Figaro” yazır ki, ekspertlər belə demoqrafik dönüşü yalnız 2027-ci ildə gözləyirdilər. Amma mənfi saldo daha əvvəl yaranıb.
Fransa Statistika İnstitutunun (INSEE) məlumatına görə, əmək qabiliyyətli əhalinin sayı 2040-cı ilə qədər artacaq. Bundan sonra tədricən azalma başlayacaq. 2070-ci ilə qədər əmək qabiliyyətli əhalinin sayı 29 milyon nəfərə qədər azala bilər.
Musavat.com
28 Iyul 2025
27 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ