Onlayn ictimai-siyasi qəzet
"Avropa İttifaqı və NATO ölkələrinin Ukraynaya qoşun yerləşdirməsi məsələsi gündəmdə deyil və real müzakirə mövzusu hesab olunmur".
Musavat.com xəbər verir ki, bu barədə Almaniyanın kansleri Fridrix Mertz Romada İtaliyanın Baş naziri Corciya Meloni ilə birgə keçirdiyi mətbuat konfransında açıqlama verib.
“Avropa İttifaqına üzv ölkələr və ya NATO-nun Avropa qanadından Ukraynaya hərbi qüvvə göndərilməsi ilə bağlı nə bir qərar, nə də ciddi müzakirə var. Hər şeydən əvvəl atəşkəs təmin olunmalıdır,” – deyə Mertz bildirib.
Almaniya kansleri bu cür təklifləri “tamamilə siyasi reallıqdan uzaq” adlandıraraq, öncə diplomatik yollarla sabitliyin bərpasının vacibliyini vurğulayıb.
Musavat.com
18 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ