İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəncədə iki nəfərin ölümünə səbəb olan Özbəkistan vətəndaşına ağır cəza- İçkili imiş

Gəncədə sərxoş vəziyyətdə qəza törədərək iki nəfərin ölümünə səbəb olan Özbəkistan vətəndaşı hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, 1994-cü il təvəllüdlü Özbəkistan Respublikasının vətəndaşı Tuhktaev Habibjon Hamro oğlu sərxoş vəziyyətdə idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə Gəncə şəhəri, Atatürk prospektində idarəetməni itirərək işıq dirəyinə, daha sonra isə ağaca çırpılıb.

Nəticədə avtomobildə olan sərnişin - 1989-cu il təvəllüdlü Abdullayev Emil Cavanşir oğlu hadisə yerində, 1999-cu il təvəlüdlü Lətifova Ayşən Mövsüm qızı isə xəstəxanada dünyasını dəyişib.

Qəza zamanı Habibjon Tuhktaev də ağır xəsarət alıb.

Müəyyən edilib ki, Habibjon Tuhktaev Gəncəyə qonaq gəlibmiş. O, dostugildə spirtli içki içdikdən sonra dostunun təklifi ilə mağazaya getmək üçün evdən çıxıblar. Habibjon Tuhktaev yolda sükan arxasında yatdığı üçün qəza baş verib.

Habibjon Tuhktaev əməlindən peşman olduğunu deyib. Məhkəmədə dünyasını dəyişən hər iki şəxsin hüquqi varisləri dindirilən zaman Habibjon Tuhktaevi bağışladıqlarını bildiriblər.

Məhkəmənin hökmü ilə Habibjon Tuhktaev 7 il 6 ay azadlıqdan məhrum edilib.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR