Onlayn ictimai-siyasi qəzet
Göygöl şəhəri, A.Kazımov küçəsində avtomobil qəzası baş verib. Bu zaman hadisə yerinə polis əməkdaşları gəlib. Polis əməkdaşları yol-nəqliyyat hadisəsi yerini müayinə edən zaman hadisəyə tamaşa edən sərxoş şəxs aləmi bir-birinə qatıb.
Musavat.com xəbər verir ki, polis əməkdaşlarının işinə mane olan sərxoş şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hadisə yerindən uzaqlaşmayıb. Polis əməkdaşları ilə mübahisə edən həmin şəxs daha sonra polislərdən birinin xidməti silahını götürmək istəyib.
Bu hərəkətindən sonra saxlanılan şəxsin 2000-ci il təvəllüdlü Röyal Babazadə olduğu müəyyən edilib. Saxlanılan zaman söyüş söyən Babazadə polislərin qanuni tələbinə məhələ qoymayıb.
R.Babazadə ifadəsində hadisə baş verən vaxt sərxoş olduğu üçün etdiklərini xatırlamadığını, peşman olduğunu bildirib.
Xırda xuliqanlıq və polisin qanuni əmrinə tabe olmadığına görə məhkəmənin qərarı ilə R.Babazadə 10 gün müddətinə inzibari qaydada həbs edilib.
İ.Muradov
Musavat.com
28 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ