Onlayn ictimai-siyasi qəzet
Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev oktyabrın 9-da Düşənbədə görüşəcəklər. Kremlin sözçüsü Dmitri Peskov görüşün gündəliyini də elan edib.
Onun sözlərinə görə, tərəflər ilk növbədə danışıqların gündəliyinin əsas bəndi olacaq ikitərəfli münasibətlər məsələlərinə diqqət yetirməyi planlaşdırırlar. Peskov qeyd edib ki, görüşün təşkili faktının özü iki liderin aktual əməkdaşlıq məsələlərini müzakirə etmək istəyini nümayiş etdirir. O, həmçinin əlavə edib ki, Azərbaycan tərəfi adından danışa bilməz, amma Rusiya konstruktiv və müsbət dialoqa sadiqdir.
TVMusavat-ın bu gün saat 15:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi politoloq Qədir Aslanla müzakirə edir.
09 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ