Onlayn ictimai-siyasi qəzet
Şeyxülislam Allahşükür Paşazadə Qazılar Şurasının toplantısında Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Bəxtiyar Nəcəfovun İrəvan qazısı vəzifəsinə namizədliyini irəli sürüb.
Musavat.com xəbər verir ki, Qazılar Şurasının yekdil səsverməsi ilə Hacı Bəxtiyar Nəcəfov bu vəzifəyə təyin edilib.
Daha sonra İrəvan Qazısının Əsasnaməsi təsdiqlənib.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev QMİ-nin Qazılar Şurasının iclasında Əsasnaməni səsləndirib.
İrəvan qazılığının hələlik QMİ-nin binasında yerləşəcəyi bildirilib.
Afaq Mirayiq,
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ