Onlayn ictimai-siyasi qəzet
Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrov ilə İsrailin İrana qarşı hərbi əməliyyatıyla bağlı Yaxın Şərqdə vəziyyətin gərginləşməsini müzakirə edib.
Musavat.com Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına istinadən xəbər verir ki, nazirlər hərbi əməliyyatların dərhal dayandırılmasının zəruriliyi ilə bağlı yekdil fikirdədirlər:
"Xarici siyasət idarələrinin rəhbərləri İsrailin İrana qarşı hərbi əməliyyatı ilə əlaqədar Yaxın Şərqdə vəziyyətin görünməmiş gərginləşməsiylə bağlı fikir mübadiləsi aparıblar. Eyni zamanda nazirlər hərbi əməliyyatları dərhal dayandırmağın və bütün regionda vəziyyət üçün ən ciddi, gözlənilməz nəticələrə səbəb olan zorakılığın daha da artmasının qarşısının alınmasının zəruriliyi ilə bağlı yekdil fikirdə olublar".
Bildirilir ki, Türkiyə tərəfi davamlı danışıqlar prosesinin qurulması çərçivəsində mövcud mübahisəli məsələlərin, o cümlədən İranın nüvə proqramı ilə bağlı məsələlərin qarşılıqlı məqbul həll yollarının tapılmasının asanlaşdırılması maraqları naminə Rusiyanın vasitəçilik səylərini davam etdirməyə hazır olduğunu yüksək qiymətləndirib.
Musavat.com
16 Iyun 2025
15 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ