Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin səmərəliliyinin artırılması üçün əməkdaşlığın genişləndiriləcəyini bildirib.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Konqres Mərkəzində keçirilən “Qlobal nəqliyyat dəhlizləri” Forumunda çıxış edən nazir qeyd edib ki, bu layihə regional inteqrasiyanı gücləndirmək baxımından mühüm əhəmiyyət daşıyır.
Fidanın sözlərinə görə, Rusiya ilə Ukrayna arasında davam edən müharibə və artan geosiyasi təhdidlər fonunda Orta Dəhliz ön plana çıxıb və iqtisadi əlaqələrin inkişafı üçün yeni imkanlar açır.
Nazir Bakı-Tbilisi-Qars dəmir yolunun bu strateji marşrutun əsas sütunlarından biri olduğunu vurğulayıb.
O həmçinin qeyd edib ki, bu infrastruktur xətti Türkiyə, Azərbaycan və Gürcüstan arasında qurulan uğurlu əməkdaşlığın bariz nümunəsidir.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ