İnsanlara hürriyət, millətlərə istiqlal!

"Hamilə" qadını soyundurdular, alt paltarından çıxanlar hər kəsi şoka saldı - ANBAAN VİDEO

Meksikanın Monterrey şəhərində inanılmaz hadisə yaşanıb.

Musavat.com xəbər verir ki, şəhərin iri ticarət mağazalarından birində qadın mühafizəçilərin diqqətini çəkib.

Başqa müştərilərdən fərqli olaraq, qadının “hamilə” görüntüsü şübhə doğurub. Əslində isə qadın hamilə deyildi — sadəcə paltarın altına müxtəlif geyim əşyaları yığaraq qarın görüntüsü yaratmışdı.

Saxlanılan zaman qadının alt geyimlərindən çıxardığı mallar — şalvar və futbolkalar — ətrafdakıların heyrətinə səbəb olub. Hadisə anbaan kameralara düşüb və sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.

Qeyd edək ki, bu cür “fərqli” oğurluq üsulu ilə qadının mağazadan oğurluq etməyə çalışdığı təsbit edilib. Mağaza işçiləri tərəfindən saxlanılıb və hüquq-mühafizə orqanlarına təhvil verilib.

Sosial şəbəkələrdə yayılan görüntülər bir daha göstərir ki, oğurluq üçün istifadə edilən üsullar gün keçdikcə daha kreativ, amma bir o qədər də ifşaedici olur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 May 2025

09 May 2025

BÜTÜN XƏBƏRLƏR