İnsanlara hürriyət, millətlərə istiqlal!

Saakaşvili türmədən gözlənilməz açıqlama yaydı: “Ermənistan və Azərbaycan Rusiyanın..."

Gürcüstanın sabiq prezidenti və hazırda müxalifətin lideri Mixeil Saakaşvili Ermənistan və Azərbaycan arasında sülh prosesinə dair diqqətçəkən açıqlama verib.

Musavat.com xəbər verir ki, o bildirib ki, hər iki ölkənin Rusiyanın təsirindən çıxması Gürcüstan üçün strateji üstünlükdür, lakin bu, hakimiyyətdə olan “Gürcü Arzusu” koalisiyası üçün əlverişli deyil.

Saakaşvili deyib: “Ermənistan və Azərbaycanın Rusiyanın təsirindən çıxması Gürcüstan üçün faydalıdır, ‘koche’lərə (kochebi — ‘Gürcü Arzusu’ tərəfdarları) isə zərərlidir. Biz ‘Gürcü Arzusunu’ Gürcüstandan nə qədər tez çıxarsaq, sülhü bir o qədər tez bərqərar edəcəyik.”

Bu açıqlama, Gürcüstan rəhbərliyindən Azərbaycan–Ermənistan sülh təşəbbüsünə dolayı dəstək xarakteri daşıyan nadir bəyanatlardan biri kimi qiymətləndirilir. Lakin Saakaşvili eyni zamanda hədəfi hakimiyyətdəki İvanişvili iqtidarına yönəldərək, “Gürcü Arzusu” koalisiyasını ölkənin strateji maraqlarına zidd hərəkət etməkdə ittiham edib.

Sabiq prezident hazırda həbsdədir və bütün siyasi mesajlarını buradan ötürür. Onun bu açıqlaması regiondakı geosiyasi dəyişikliklərin Gürcüstan siyasətinə təsiri fonunda mühüm siqnal kimi dəyərləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Avqust 2025

13 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR