Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın nüfuzlu Harvard Universiteti prezident Donald Tramp administrasiyasına qarşı məhkəmə iddiası qaldırıb.
Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Universitetin bəyanatında bildirilir ki, Tramp administrasiyasının ABŞ-da təhsil alan xarici tələbələrin qəbulunu qadağan etməsi ölkə Konstitusiyasının Birinci əlavə maddəsini — söz azadlığını və ədalətli məhkəmə hüququnu — pozur.
Harvard Universitetinin prezidenti Alan Qarber qərarı “qanunsuz və əsassız” adlandıraraq bildirib: “Bu addım nə hüquqi baxımdan əsaslıdır, nə də etik baxımdan qəbul edilə bilər".
Qeyd edək ki, sözügedən qərar ABŞ-da pandemiya dövründə onlayn təhsil alan xarici tələbələrin ölkədə qalmasına qadağa qoyulmasını nəzərdə tutur. Bu isə minlərlə beynəlxalq tələbənin vizasız qalmasına və ölkəni tərk etməyə məcbur edilməsinə səbəb ola bilər.
Harvardın bu hüquqi addımı, Tramp administrasiyasının immiqrasiya və təhsil sahəsindəki sərt siyasətlərinə qarşı ilk genişmiqyaslı akademik müqavimət hesab olunur.
Musavat.com
23 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ