Onlayn ictimai-siyasi qəzet
Cənubi Asiyada müharibə təlaşının artdığı bir vaxtda, Pakistan Silahlı Qüvvələrinin Hindistanla mümkün qarşıdurmaya hazırlaşdığı bildirilir.
Musavat.com xəbər verir ki, Hindistanın ANI agentliyinin yaydığı məlumata görə, Pakistan Hərbi Dəniz Qüvvələrinin freqatları və sualtı qayıqları artıq ölkənin əsas dəniz limanlarında mövqe tutub. Məqsəd – Hindistandan mümkün hərbi hücuma dərhal cavab verməkdir.
Pakistanın kəşfiyyat orqanları isə daha da ciddi xəbərdarlıq ediblər. Onların məlumatına görə, Hindistan yaxın 24–36 saat ərzində Pakistana hərbi zərbə endirməyə hazırlaşır.
Hazırda regionda gərginlik pik həddə çatıb. Rəsmi İslamabad beynəlxalq ictimaiyyəti situasiyanı diqqətdə saxlamağa çağırıb və öz suverenliyini müdafiə etmək üçün bütün gücünü səfərbər etdiyini bəyan edib.
Musavat.com
03 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ