Onlayn ictimai-siyasi qəzet
Bir neçə Hindistan neft emalı zavodu ABŞ-ın təzyiqləri fonunda Rusiya neftinin idxalını azaltmağa hazırlaşır.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Vaşinqton, Nyu-Dehlidən Rusiya neftindən imtina etməyi tələb edir və bununla da Ukraynadakı müharibənin tezliklə başa çatmasına təkan vermək istəyir.
Lakin ekspertlər hesab edir ki, Hindistanın dərhal bu addımı atması real deyil. Çünki Rusiya neftindən birdən-birə imtina etmək, dünya bazarında qiymətlərin kəskin artımına və qlobal inflyasiya riskinə səbəb ola bilər.
Hazırda Hindistan hökuməti və enerji şirkətləri vəziyyəti tarazlaşdırmaq üçün addımlar üzərində çalışır, çünki ölkənin enerji sabitliyi və qiymətlərin qorunması üçün bu məsələ həyati əhəmiyyət daşıyır.
Musavat.com
16 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ