Onlayn ictimai-siyasi qəzet
Rusiya Dövlət Dumasının deputatı, “Yedinaya Rosiya” (Vahid Rusiya) partiyasının üzvü Oleg Matveyçev Rusiyada doğum səviyyəsini artırmağın “özünəməxsus yolunu” təklif edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Onun fikrincə, hökumətin bunun üçün xüsusi tədbirlər görməsinə ehtiyac yoxdur — sadəcə “ölkəni müharibə və korrupsiya ilə dağıtmağa davam etmək” kifayətdir.
“Kommersant” qəzetinin yazdığına görə, İctimai Palatada “demoqrafik böhran” məsələsinin müzakirəsi zamanı Matveyçev bəyan edib ki, “insanlar nə qədər yaxşı yaşasalar, bir o qədər az uşaq doğurlar.”
Bu arqumentə əsaslanaraq, deputat uşaqlı ailələrə dövlət dəstəyinin dayandırılmasını təklif edib. O, uşaqpulu və “ana kapitalı” proqramını “riyakarlıq” adlandırıb və əlavə edib ki, abort etməyə “təşviq edən” şəxslər üçün 800 min rubladək cərimə tətbiq edilməlidir.
Lakin Matveyçevin özü kasıblıq içində yaşamaq istəmir. Ona məxsus olan “Vremya” (Zaman) adlı fond, formal olaraq deputatın yaşlı anasının rəhbərlik etdiyi təşkilat olsa da, büdcədən yüz milyonlarla rubl alır. Deputatın qızı isə Cenevrədə yaşayır və maddi çətinlik çəkmir.
Musavat.com
16 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ